Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı – FOTO

  • By admin
  • 12 İyul 2021 21:48

İyulun 12-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif üzrə müəllim olmaq istəyən namizədlər üçün imtahan keçirilib.

 

Gununsesi.info bu barədə Təhsil Nazirliyinin feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Bidirilib ki, namizədlərdən Gülnarə Hacıyeva və Pərvin Hümmətzadə 60 bal toplayıb.

Gununsesi.info