Meksika və Çilinin İsrailin hücumlarını davam etdirdiyi Qəzza ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etdiyi açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Meksika Xarici İşlər Nazirliyi müraciətin “son zamanlar Qəzzada mülki insanlara qarşı hücumların artması səbəbindən narahatlıqdan” edildiyini və Qəzzada mülki şəxslərə qarşı törədilən cinayətlərin araşdırılması üçün Çili ilə birlikdə BCM-yə müraciət edildiyini vurğulayıb.
Məlumatda həmçinin qeyd olunub ki, iki dövlətli həll variantı dəstəklənir və BCM-nin başlatdığı araşdırma nəticəsində bölgədəki münaqişə “sülh yolu ilə həllinə” nail ola bilər.
Çili xarici işlər naziri Alberto van Klaveren paytaxt Santyaqoda keçirdiyi mətbuat konfransında “bütün mümkün hərbi cinayətlərin araşdırılmasını dəstəklədiklərini” bildirib.
Gununsesi.info