Daha üç metrostansiyanın tikintisinin hazırlıq işlərinə başlanıldı

  • By admin
  • 23 Dekabr 2016 13:43
metro
Bakıda daha üç metrostansiyasının tikintisinin hazırlıq işlərinə başlanılıb.
Gununsesi.info xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni metrostansiyaların “Nobel” prospekti boyunca  tikilməsi  planlaşdrılır. “Onlardan biri “Ağ Şəhər”, digəri neftayırma zavodunun qarşısı, üçüncüsü isə “Nargilə” dairəsi adlanan hissədə olacaq. Sonda bu xətt “Həzi Aslanov” stansiyasına (“Həzi Aslanov-2”) birləşdiriləcək”- deyə, o, bildirib.
N. Paşayev əlavə edib ki, artıq şərti adı “E-15” qeyd edilən ikinci stansiyada artıq hazırlıq işlərinə başlanılıb: “Orada tunelqazma işlərinin həyata keçirilməsi üçün start kameranın tikintisi başa çatır, tunelqazma maşının quraşdırılması yekunlaşmaq üzrədir. İşlər qaydasında gedərsə, “E15” stansiyasının qarşısından “Xətai” metro stansiyasına doğru tunellərin qazılmasına başlayacağıq. Daha sonra, “E 15”-dən tikilməkdə olan “Həzi Aslanov-2″ stansiyasına doğru tunellərin qazıntısına başlanacaq”.
N. Paşayev bildirib ki, Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemində “Yaşıl xətt”in dairəvi olması nəzərdə tutulub. “Ona görə də Həzi Aslanov-2” stansiyası Günəşli, Qaraçuxur qəsəbələri, eyni zamanda dairəvi şəkildə “Koroğlu” və “Dərnəgül” metro stansiyalarına birləşdiriləcək. Bu, gələcək planlardır. Hazırda, ilkin mərhələdə əsas “Xətai” metro sstansiyasında sağlamlaşdırma işləri icra edib, tunel və stansiyaların tikintisinə başlamaqdır”, – deyə N.Paşayev bildirib.
Mürtəza
Gununsesi.info