“Daha yaxşı nəticə gözləyirdim” - MERKEL

  • By admin
  • 25 Sentyabr 2017 09:42

merkel

Almaniyanın Xristian Demokrat partiyasının lideri Angela Merkel etiraf edib ki, Bundestaqa seçkilərdə daha yaxşı nəticə gözləyirdi.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Merkel ekzitpolların nəticələri elan olunduqdan sonra partiyanın qərargahında çıxışı zamanı deyib.

Eyni zamanda Almanya kansleri qeyd edib ki, blok öz strateji hədəflərinə çatıb və Bundestaqda ən böyük qüvvə olub: “Bizim məqsədimiz hökuməti formalaşdırmaqdır. Bizim iştirakımız olmadan o formalaşmayacaq”.

Gununsesi.info