Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var…”

  • By admin
  • 22 Sentyabr 2021 23:07

Bəşər tarixinin ən azı son 2 min ilində insanların əksəri həyatını ailə qurmadan davam etdirməyib.

Dahilərin çoxu da evlənib. Amma onlar ailə formatı barədə xeyli tənqidi fikirlər səsləndiriblər.  Gununsesi.info xəbər verir ki, Bizimyol.info məşhur, tanınmış şəxslərin evliliklə bağlı ən maraqlı aforizmlərini nəzərinizə çatdırır.

– Evlilik axmaq üçün ağıllı, ağıllı üçün axmaq şeydir. (Frensis Bekon)

– İnsan yalnız başqa cür davrana bilməyəndə evlənməlidir. (Lev Tolstoy)

– Seçkilərdən və evlilikdən sonra nadir hallarda istədiyini əldə edə bilirsən. (Uilyam Rocers)

– Səni tam başa düşən qadınla qarşılaşmaq çox təhlükəlidir. Bu, adətən, evliliklə başa çatır. (Oskar Uayld)

– Evlilik xoşbəxt sonluq deyil, dramın başlanğıcıdır. (Federiko Fellini)

– Evlənmək haqlarını iki dəfə azaltmaq, öhdəliklərini iki dəfə artırmaq deməkdir. (Artur Şopenhauer)

– Kişilər evlənmək istədiklərindən yox, qadınların ərə getmək arzusuna görə evlənirlər. (Anselmo Buççi)

– Ərə gedən qadın çox kişinin diqqətini bir nəfərin diqqətsizliyinə dəyişir. (Helen Roulend)

– Hər qadının həyatında iki vacib kişi var. Biri ərə getdiyi, biri isə, təəssüf ki, ərə getmədiyi. (Robert Lembke)

– Çoxu ona görə sevib evlənir ki, pula görə evlənmək imkanı yoxdur. (Konstantin Melixan)

– Kədərsiz yaşamaq istəyirsənsə, evlənmə. (Menandr)

– Qadın ikinci dəfə ərə gedirsə, deməli, birinci ərinə nifrət edirdi. Kişi ikinci dəfə evlənirsə, deməli, birinci arvadına çox bağlı idi. (Oskar Uayld)

– Bütün insanlar azad və bərabərhüquqlu doğulur. Bəzisi sonradan evlənir. (Marsel Juando)

– Evlənmək qətiyyən çətin deyil. Çətini evli olmaqdır. (Migel de Unamuno)

– Gözəl qadının əri olmaq üçün evlənmək hamıya məxsus səmaya baxmaq üçün torpaq sahəsi almaq kimi bir şeydir. (Paolo Manteqatsa)

– Nikah uzunmüddətli razılaşmadır. Nikaha girəndə özünə sual verməlisən: qocalana qədər bu qadınla yaxşı söhbətləşə biləcəksən? (Fridrix Nitsşe)

– Evlilik hissləri tənzimləmək üçün effektli vasitədir. Amma bu, məhəbbəti tənzimləmək üçün effektli vasitəyə çevrilə bilmir.  (Akutaqava Ryunoske)

Gununsesi.info