
Pakistanın populyar nəşrlərindən olan Daily Jang qəzetinin icraçı direktoru Abid Abdulla naməlum şəxslər tərəfindən oğurlanıb.
Gununsesi.info RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insident icraçı direktorun Peşavar şəhərinə işgüzar səfəri zamanı baş verib. Abid Abdullanın avtomobilinin qarşısı yolda digər iki avtomobil tərəfindən kəsilib. Azı 8 nəfərlik dəstə yüksək vəzifəli jurnalisti və onun sürücüsünü silahla hədələyərək naməlum istiqamətə aparıblar. Bir qədər sonra Abidin sürücüsü sərbəst buraxılıb.
Polis hadisə ilə bağlı təhqiqata başlayıb. Sürücünün ifadəsinə görə, oğrular pula işləmədiklərini bildiriblər.
Əsası 1939 ildə qoyulan Daily Jang qəzeti Pakistanda ən çox oxunan gündəlik mətbu nəşrlərdən biridir. Qəzet Pakistanın böyük şəhərlərində gündəlik 800 mindən yuxarı tirajla buraxılır.
Gununsesi.info











