Dairə seçki komissiyasının bir neçə məntəqə sədri istefa verib

  • By admin
  • 15 Sentyabr 2016 17:56

dsk

Azərbaycanda Dairə Seçki Komissiyasının (DSK) məntəqə seçki komissiyalarının sədrlərindən bir neçəsi istefa verib.

HTML tutorial

Gununsesi.info-nun etibarlı mənbədən aldığı məlumata görə, 33 saylı Xətai birinci Dairə Seçki Komissiyasının (DSK) məntəqə seçki komissiyalarının sədrlərindən bir neçəsi vəzifəsindən istefa verib.

Faktı dəqiqləşdirmək məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Şahin Əsədli ilə telefon əlaqə saxladıq. Ş. Əsədli bir neçə dəqiqə ərzində məlumatı dəqiqləşdirib, saytımıza açıqlama verəcəyini bildirdi. Amma günün sonuna kimi, Ş. Əsədli məlumatı nə təsdiq, nə də inkar etdi.

Gununsesi.info