Dairəvi dəmir yolunun qoyuluşuna başlanıldı

  • By admin
  • 15 Noyabr 2016 15:25

 

diravi

Məlum olduğu kimi, noyabr ayının birinci ongünlüyündə Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib.

Gununsesi.info “Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki,  ilkin olaraq dairəvi dəmir yolunun Nərimanov – Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissəsinin torpaq yatağının işlənməsinə başlanılıb. Artıq köhnə torpaq yatağı hazırlanıb və bu gün yolun qoyuluşuna başlanılıb.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.  İşlər mərhələ-mərhələ aparılır.

Bu gün 750 metr uzunluğunda yolun qoyuluşu planlaşdırılır. Artıq 500 metr yol qoyulub.

Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə,  nəqliyyat problemi, qismən də olsa,  aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başa rahat və təhlükəsiz şəraitdə çatacaq.

Gununsesi.info