“Damla it damına girib mahnı oxudu, ora heç bir müğənni girməzdi” - REJİSSOR NAİL NAİBOĞLU - VİDEO

  • By admin
  • 16 Oktyabr 2017 15:12

damla

ARB TV-nin “Düz bazar” verilişində bu dəfə də olduqca maraqlı mövzuların müzakirəsi baş tutub. 

Gununsesi.info xəbər verir ki, ilk olaraq, yazıçı-kulturoloq Aydınxan Əbilov hər kəsin Damlanın PR-na işlədiyini bildirib:

“Çünki onu tərifləyənlərdən əlavə, tənqid edənlər, hətta söyənlər belə onun reklamına işlədilər. Damla olmasın qeyri biri olsun, tutaq ki, kənddən gəlib və Azərbaycanın mədəniyyət arealında parlamaq istəyir. Hər kəs də ona işlədi”.

Daha sonra isə rejissor Nail Naiboğlu mövzunu davam etdirərək müğənninin qeyri-adi hərəkətindən söz açıb: “Damlada kompleks yoxdur. Onun ilk klipini çəkəndə bir it damı var idi və inandırım sizi ki, ora heç bir azərbaycanlı müğənni girməzdi. O, girib orada mahnı oxudu”.

Gununsesi.info