Danilov: -Ukrayna heç kimə tabe olmayacaq və Baxmutu qoruyacaq

Ukrayna heç kimə tabe olmayacaq və Baxmut şəhərini qoruyacaq.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrayna televiziyasının (“Єди́ні нови́ни”) telemarafonunda deyib.

Danilov vəd edib ki, Ukrayna Silahlı Qüvvələri lazım olduğu qədər Baxmutu müdafiə edəcək.

“General Aleksandr Sırskinin dünənki bəyanatı tamamilə doğrudur və biz tədricən irəliləyirik, lakin nəzərə alın ki, Baxmut şəhərinin ərazisi 41 kvadrat kilometrdir, görüləcək işlər çoxdur, hərbçilərimiz bu məsələləri həll edir.

Hərbi əməliyyatlarda bir qədər uğur qazanmışıq.

Ölkəmizin hərbi-siyasi rəhbərliyi və hərbçilərimiz üçün Baxmutun qorunması taktiki və strateji məqsədlər baxımından zəruri hesab edildiyi müddət ərzində biz şəhəri təslim etmək fikrində deyilik”, – deyə Danilov bildirib.

 

 

Gununsesi.info