Danimarka və Norveç Kabili tərk edir

  • By admin
  • 13 Avqust 2021 19:51

Danimarka və Norveç Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən səfirliklərini müvəqqəti bağlayıb və işçilərini təxliyə ediblər.

 

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bu barədə ölkələrin Xarici İşlər nazirliklərinin nümayəndələri məlumat verib.

 

Norveçdən olan hərbçilər Kabildəki səhra xəstəxanasında qalırlar.

 

Norveç XİN-in rəsmisi Eirik Kristoffersen bildirib ki, “Taliban” qiyamçıları hər gün yeni əraziləri ələ keçirir, bu narahatvericidir.

 

Danimarkanın Xarici İşlər naziri Yeppe Kufud isə bildirib ki, Əfqanıstandakı danimarkalılar dərhal ölkəni tərk etməlidirlər.