Danimarka vətəndaşlarını Livanı tərk etməyə çağırdı

  • By ilhame
  • 26 Oktyabr 2023 19:53

Danimarka vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin Vətəndaş Xidməti bölməsinin rəhbəri Steen Hommel “X” hesabında paylaşıb.

Danimarka XİN rəsmisi Livandakı vəziyyətin qeyri-müəyyən olduğunu əsas gətirərək vətəndaşlarını ölkəni tərk etməyə çağırıb:

“Livana səyahət etməyinizi tövsiyə etmirik və imkanınız varsa, ölkəni tərk etməyinizi istəyirik”.

Gununsesi.info