
Danimarkada maraqlı hadisə baş verib. Belə ki, danimarkalı cütlük yaralı qarğanı xilas etdikdən sonra oğlanları iki yaşlı Rassel ilə quşun arasında qırılmaz bir bağ yaranıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2 yaşlı Otto ilə tez bir zamanda dostlaşan Rassel adlı qarğa onu hər gün uşaq bağçasından qarşılayır, birgə oynayır, vaxt keçirilər.
Ottonun anasının sözlərinə görə, onun bağçadan qayıtmasını səbirsizliklə gözləyən Rassel artıq ailənin vacib hissəsinə çevrilib.
2 yaşlı balaca balaca oğlan da quşu qidalandırmaqdan və başını sığallamaqdan həzz alır.
Anası Lunanın sözlərinə görə, qarğa vəhşi olsa da, qəzəbli deyil və Ottoya ziyan vermir.
Aralarında xüsusi bir bağ olmasına baxmayaraq Luna onları heç vaxt nəzarətsiz qoymadığını deyir.
“Onların birgə yayılan vidosu insanlar tərəfindən böyük sevgi ilə qarşılanıb. Rasselin həyatını xilas etdiyimiz üçün insanlardan xoş sözlər alırıq. Hətta bəziləri deyir ki, Rassel artıq sizin övladınızdır”– deyə Luna əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl paylaşılan bu video milyonlarla baxış toplayıb.
Şəbnəm
Gununsesi.info