Danimarkada şagirdlərin sosial media və alış-veriş saytlarına girişi qadağan edilib

  • By Günel
  • 08 Avqust 2024 12:37

Danimarkada bəzi məktəblərdə lisey şagirdlərinin dərslərə daha çox diqqət yetirmələri üçün sosial media və alış-veriş saytlarına girişi məhdudlaşdırılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, o cümlədən ölkədə oyunlar da daxil olmaq üzrə, veb saytlar da bloklanıb.

Yay tətilinin sona yaxınlaşması ilə birlikdə tələbələr üçün ev tapşırıqları və uzun dərs günləri üfüqdə görünür.

Danimarkanın Təhsil Nazirliyinin yeni tövsiyələri bir çox orta məktəbləri internetin dağıdıcı təsiri ilə mübarizəyə qoşulmağa sövq edib.

Kopenhagendən olan üç orta məktəb şagirdinin fikrinə görə, bu həll tələbə üçün çox da uyğun olmaya bilər. “Tələbələr bu həmlənin gündəlik həyatda dərhal fərq yaratmayacağı qənaətindədirlər, çünki yeni qaydaları pozmaq asandır”,- deyə bildiriblər.

Gənclərin sosial şəbəkələrə cəlb olunmasının qarşısını almaq üçün tələbələr dərs başlayanda mobil telefonlarını “mobil otel” deyilən yerlərə təhvil verməli olurlar. Lakin məktəblərin bütün səylərinə baxmayaraq, görülən tədbirlər şagirdlərin qadağan olunmuş saytlara daxil olmasının qarşısını tam ala bilmir.

 

Günel Həsənova

Gununsesi.info