Danimarkalı futbolçu meydanda huşunu itirdi, oyun dayandırıldı

  • By admin
  • 12 İyun 2021 21:06

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka – Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb.

Hazırda görüş dayandırılıb və meydanın içərisində yarımmüdafiəçinin müalicəsi davam etdirilir.

Qarşılaşmada hesab açılmayıb.