Danimarkalı idmançı Azərbaycan haqqında danışdı

  • By admin
  • 28 İyul 2017 15:04

567513

“Azərbaycan beynəlxalq yarışları heç bir problem yaşanmadan təşkil edir və iştirakçılar üçün hər cür şərait yaradır”.

Gununsesi.info xəbər verir ki, bunu Trend-ə müsahibəsində Bakıda keçirilən Atıcılıq üzrə Avropa Çempionatında iştirak edən Danimarka komandasının təmsilçisi Linda Andeşon deyib.

L.Andeşon bildirib ki, Bakı 2015 birinci Avropa Oyunlarında da Azərbaycana gəlib: “İlk dəfə Azərbaycana Avropa Oyunları zamanı gəlmişdim. Avropa Oyunları da çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu yarışma da lazımi qaydada təşkil olunub”.

L.Andeşon Azərbaycanı çox bəyəndiyini deyib. O qeyd edib ki, Bakı gözəl şəhərdir və insanları çox mehrbandır.

Gununsesi.info