Daria Duqinanın qətlini o törədib -VİDEO

  • By admin
  • 22 Avqust 2022 19:33

FSB Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə avqustun 20-də politoloq və jurnalist Daria Duqinanın qətlini törədən Ukrayna vətəndaşı Natalya Vovkun videosunu yayıb.

Gununsesi.info xəbər verir ki, bir kadrda Vovkun Daria Duqinanın yaşadığı evə necə girdiyi göstərilir.

Digər kadrda “Mini Cooper” ilə Estoniya ilə sərhədi keçərək Rusiyaya daxil olduğu və jurnalistin avtomobilini partlatdıqdan sonra oradan qaçdığı əks olunur.

Qeyd olunub ki, Vovk Rusiya daxil olanda sarışın, Estoniyaya gedəndə isə qaraşın tərszdə olub.

Xatırladaq ki, avqustun 20-də axşam saatlarında Moskva yaxınlığındakı Mojaysk şossesində filosof Aleksandr Duqinin qızı olduğu avtomobildə partlayış baş verib. Festivaldan qayıdırdı 29 yaşlı Darya Duqina hadisə yerində dünyasını dəyişib.

FSB-nin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanlarının təşkil etdiyi qətli törədən şəxs Ukrayna vətəndaşı Natalya Vovk olub. O, törətdiyi cinayətdən sonra Estoniyaya qaçıb. Ümumi təhlükəli şəkildə törədilmiş qətllə bağlı cinayət işi açılıb.

Mərhum jurnalistlə vida mərasimi avqustun 23-də Moskvanın “Ostankino” televiziya mərkəzində baş tutacaq.

Gununsesi.info