Daş karxanasında faciə – fəhlənin başı kəsildi

  • By admin
  • 29 Mart 2021 15:16

Martın 27-də saat 5 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında mişar daşı idarə edən – kombanyor, 1964-cü il təvəllüdlü Balafər Əmirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan Gununsesi.info-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində o, hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Gununsesi.info