Daş karxanasında növbəti faciə - Fəhləni cərəyan vurdu

  • By admin
  • 02 Fevral 2017 10:50

das

Bakıda daş karxanasında fəhlə faciəli şəkildə ölüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb. Orada fəhlə işləyən, Yardımlı rayon sakini, 31 yaşlı Hikmət Səxavət oğlu Bəhmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info