Daş karxanasında növbəti faciə – fəhləni cərəyan vurdu

  • By admin
  • 08 İyul 2021 10:20

İyulun 7-i saat 16 radələrində Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında 1981-ci il təvəllüdlü Vəli Quliyevin ölməsi barədə   rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyevin “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Gununsesi.info