Gürcüstanda daş kömür şaxtasında baş verən qəzada 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
Gununsesi.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İmereti bölgəsinin Tkibuli şaxtasında baş verib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
İlkin məlumata əsasən, qəza şaxtada divarın deformasiyası nəticəsində olub. Belə ki, deformasiyaya urayan divar uçub. Hadisə yerinə baş nazirin müavini, iqtisadiyyat naziri Dmitriy Kumsişvili gedib.
Gununsesi.info