Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə qərarını icra etmir

  • By admin
  • 29 Sentyabr 2023 15:23

2012-ci ildə hüquqlarını müdafiə etdiyim şəxsin işi ilə bağlı Binəqədi Rayon məhkəməsində onun xəbəri olmadan  xüsusi mülkiyyət hüququna dair çıxarışla verilən mənzil bağışlanma ilə başqa şəxslə verilib. Həmin bağışlanma müqaviləsinin etibarsız sayılmasına dair  iddia qaldırmışıq. İddia 01.05.2023- cü il tarixində təmin olunub və verilmiş bağışlanma müqaviləsi də etibarsız sayıldı. Nəticədə çıxarış ləğv olunmalı və tərəflər əvvəlki vəziyyətlərinə qayıtmalı idi.

Bir ay ərzində qarşı tərəfdən təqdim etdiyimiz sübutlara baxılıb və hətta çıxarışın etibarsızlığı da təsdiq edilib.

Daha sonra appelyasiya şikayəti verilmədiyindən 18.07.2023 – cü il tarixdə icra vərəqəsi qüvvəyə minib və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti yanında Dövlət Reyestr publik hüquqi şəxsin 1  saylı ərazi idarəsinə göndərilib.

Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi aparatına dəfələrlə müraciət etmişik. Eyni zamanda özlərinin istifadə üçün gğstərdikləri qaynar xətti ilə əlaqə saxlamağa çalışmışıq. İstər 1 saylı ərazi idarəsinin qaynar xətti, istərsə də Əmlak Məsələləri Üzrə Dövlət Xidmətin 148.193 saylı qaynar xətti heç bir zənglərə cavab vermir.

Bildiyimiz kimi, məhkəmələr dövlət adından qərarlar çıxarır.

Dövlətin adından çıxarılan qərarlar da icra olunur. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsi dövlətin, məhkəmənin adından çıxartdığı qərarı icra eləmir.

Beləliklə dövlət içində dövlət qurulur.

 

Bəhruz Bayramov

Vəkil