Daşkəsəndə dəhşətli olay: KİŞİ ARVADINI VƏ 20 GÜNLÜK KÖRPƏSİNİ ÖLDÜRÜB

  • By admin
  • 21 İyun 2017 12:48

peterburqda_qetl

Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.

Kənd sakini 37 yaşlı Kəmalə  Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.

Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.

Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi  ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info