Daşkəsəndə dələduz qadın tutulub

  • By admin
  • 28 Yanvar 2017 12:30

polis

Daşkəsən şəhər sakininin vətəndaşların pullarını mənimsəyərək onlara qarşı dələduzluq etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının bir qrup sakinin müraciəti əsasında həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini İlhamə Bayramovanın 2016-cı ilin aprel-oktyabr ayları ərzində həmyerliləri Xudayar Ələkbərovu, Aybəniz Vəliyevanı, Rüfət Məmmədovu və Nüşabə Məmmədovanı aldadaraq onlardan ümumilikdə 6500 manat və 2000 ABŞ dolları pul, habelə qızıl əşyalar alması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Anar

Gununsesi.info