Daşkəsəndə iki avtomobil toqquşdu: Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən şöbəsinin sədri yaralandı

  • By admin
  • 18 İyun 2017 21:45

yollllllllllllllllllllllllllllllllll

Daşkəsəndə iki  avtomobil toqquşub, xəsarət alanlar var.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Daşkəsən Gəncə avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.

Rayon sakini 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğlunun idarə etdiyi “Hyunday” markalı avtomobillə rayon sakini 1957-ci il təvəllüdlü Həsənov Ziyadxan Yəhya oğlunun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Qəza zamanı hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

F. Cəfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin sədridir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info