Daşkəsəndə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun qərb bürosunun verdiyi məlumata görə, Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində “VAZ – 21011” və “QAZ – 24” markalı avtomobillər toqquşub. Nəticədə iki nəfər – Daşkəsən rayon Quşçu kənd sakini Sabir Camalov və Zəylik kənd sakini Akif Muradov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info