Daşkəsəndə İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu sahibkarlarla görüş keçirib.
Gununsesi.info xəbər verir ki, sentyabrın 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun birgə təşkilatçılığı ilə Daşkəsəndə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda görüş keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri, habelə Daşkəsəndə iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Təqdimat və çıxışlarda sahibkarlara dövlətin güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Fondun güzəştli kreditlərindən yararlanmaq istəyən sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib, müraciətləri qeydiyyata götürülüb.
Gununsesi.info