Daşkəsəndə sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub

  • By admin
  • 30 Aprel 2018 22:23


Daşkəsən rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, mikroavtobus Daşkəsən-Gəncə yolunun 18 km-də “VAZ-2106” markalı avtomobillə toqquşub.

Nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info