Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var

  • By admin
  • 25 Sentyabr 2017 19:21

a35fa5b8-9a6c-471f-a01b-dfee81a970bb
Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, qəza Daşkəsən-Gəncə avtomobil yolunda qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü və sərnişin ağır bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info