Daşkənddə FIFA-nın Mərkəzi Asiya ölkələri üzrə regional ofisi açılacaq

  • By Admin08
  • 08 Sentyabr 2025 20:54

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və FIFA Prezidenti Canni İnfantino Daşkənddə Mərkəzi Asiya ölkələrinə xidmət edəcək və regionda futbolun inkişafına kömək göstərəcək FIFA-nın regional ofisinin açılması barədə razılığa gəliblər.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə həmçinin məşqçilərin, hakimlərin, menecerlərin və mütəxəssislərin hazırlanması, futbolun gənclər arasında populyarlaşdırılması, eləcə də Özbəkistanda FIFA-nın əsas turnirlərinin və tədbirlərinin keçirilməsi istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Özbəkistan Prezidenti özbək futbolunun inkişafındakı xidmətlərini nəzərə alaraq Canni İnfantinonu “Dustlik” ordeni ilə təltif edib.