Daşkəsəndə ağır qəza – XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 20 Aprel 2021 22:27

Daşkəsən rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info  xəbər verir ki, hadisə Xoşbulaq kəndində qeydə alınıb. “VAZ-21015” markalı avtomobilin “Ford Transit” yük maşınına çırpılması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb. Yaralılardan birinin vəziyyəti daha ağırdır.

Faktla bağlı araşdırma aparılır

Gununsesi.info