Pilləkənlərdən yıxılan 25 yaşlı gənc öldü

  • By Günel
  • 18 Fevral 2025 23:27

Daşkəsən rayonunda 25 yaşlı şəxs yaşadığı binanın dəhlizində yıxılaraq həyatını itirib.

Gununsesi.info xəbər verir ki, Emin Vəliyev spirtli içkinin təsiri altında yaşadığı binanın dəhlizindəki pilləkənlərindən yıxılıb.

O, ikinci mərtəbədən birinci mərtəbəyə yuvarlanıb. E.Vəliyev aldğı ağır kəllə-beyin travması nəticəsində yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info