Daşla yüklənmiş “KamAZ” minik avtomobilinin üstünə aşıb

  • By admin
  • 02 Noyabr 2017 09:00

Bakı-Sumqayıt yolunda “KamAZ” markalı yük avtomobili aşıb.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, hadisə zamanı avtomobilə yüklənmiş daşlar yola dağılıb. Bu vaxt yük maşınının yanından keçən “Mercedes” markalı minik avtomobili zərər görüb.

Yol-nəqliyyat hadisəsinin yağmurlu hava şəraiti səbəbindən sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal edilir.

Hazırda yük avtomobili və dağılmış daşlar yoldan kənarlaşdırılır.

Gununsesi.info