

Daşqınlar yüz mindən artıq insanı öz evindən tərk etməyə vadar etdi.
Gununsesi.info “Sinxua”-ya istinadən xəbər verir ki, İndenoziyanın mərkəzi əyalətlərində baş verən daşqınlar nəticəsində 100 mindən artıq insanı öz evlərini tərk etmək məcburiyyəti qarşısında qoyub.
Daşqınlar nəinki magistral yolların, hətta, hava limanının fəaliyyətini dayandırmasına səbəb olub.
Daşqınlar nəticəsində ölkənin infrastrukturuna cidd ziyanlar dəyib, 20 mindən artıq ev, iki körpü və 60 tibbi müəssisə ziyan çəkib.
Daşqınlar eyni zamanda, ölkənin mərkəzi əyalətində elektrik enerjisinin verilişini və digər kommunikasiya xidmətlərinin fəaliyyətini pozub.
Baş verən təbii fəlakətin aradan qaldırılması ilə bağlı yerli hakimiyyət bütün müvafiq strukturları və ordunu prosesə cəlb edib.
Gununsesi.info