Daşqınlar 70-dən çox insanın həyatına son qoydu

Braziliyanın Petropolis şəhərində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlar 78 nəfərin həyatına son qoyub.

Gununsesi.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Xilasedicilər dağıntılar altında sağ qalan 16 nəfəri çıxara biliblər, digərlərinin axtarışları davam edir. Axtarış işlərinə 400 xilasedici, 200 polis əməkdaşı, hərbçilər və könüllülər cəlb olunub.

Hadisə ilə bağlı Petropolis meriyası üç günlük matəm elan edib. Evlərini tərk edən 300-dən çox insan məktəblərə və sığınacaqlara yerləşdirilib.

Gununsesi.info