
Əfqanıstanın Kabil əyalətində yağan leysan yağışlar daşqınlara səbəb olub.
Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 17 nəfər ölüb.
Daşqınlar yerli sakinlərin evləri və əkin sahələrinə ciddi ziyan vurub.
Daşqınlar nəticəsində 10-dan çox evin dağıldığı bildirilir. Əfqanıstan hökuməti zərərçəkənlərə maddi yardım ayırıb.
Gununsesi.info