Hindistanın Bixar ştatında daşqınlar nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb. Təxminən 1,5 milyon sakinin evlərinə və əmlaklarına ciddi ziyan dəyib. Bu barədə Hindistanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Xidməti məlumat yayıb.
Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, suyun səviyyəsinin aşağı düşməsinə baxmayaraq, ölkədə vəziyyət hələ də təhlükəlidir. Bixar ştatının 12 dairəsində 2210 kənd daşqınlardan ciddi ziyan çəkib. Ümumilikdə son üç həftə ərzində daşqınlar 4,1 milyon insana zərər vurub. Beş yaşayış binası dağılıb, 466 kənd tikilisi və 2774 yaşayış yeri su altında qalıb. Həmçinin 8,5 milyon hektar kənd təsərrüfatı sahəsi, yollar, körpülər dağılıb.
Xatırladaq ki, Bixar ştatında daşqınlar leysan yağışlar nəticəsində altı çayda suyun səviyyəsinin qalxması nəticəsində baş verib.
Gununsesi.info