
Hindistanın şimal-şərqində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb, 2 milyondan çox insan evsiz qalıb.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi məlumata görə, regionda iki həftə davam edən leysan yağışlar, o cümlədən Brahmaputra çayının sahildən çıxması güclü daşqınlara səbəb olub, Assam ştatında 2,5 min yaşayış məntəqəsi su altında qalıb.
Məlumata əsasən, 1985-ci ildən etibarən YUNESKO-nun Ümumdünya irsində yer alan Kaziranqa Milli Parkını da su basıb.
Gununsesi.info