Daşqınlar nəticəsində 17 nəfər öldü - ƏFQANISTANDA

  • By admin
  • 18 İyul 2017 08:32

sel

Əfqanıstanın Kabil əyalətində yağan leysan yağışlar  daşqınlara səbəb olub.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 17 nəfər ölüb.

Daşqınlar yerli sakinlərin evləri və əkin sahələrinə ciddi ziyan vurub.

Daşqınlar nəticəsində 10-dan çox evin dağıldığı bildirilir.  Əfqanıstan hökuməti zərərçəkənlərə maddi yardım ayırıb.

Gununsesi.info