Daşqınlar nəticəsində azı 7 nəfər həlak olub, 27 nəfər isə itkin düşüb - VYETNAMDA

  • By admin
  • 03 Avqust 2017 22:07

vyetnam

Vyetnamın şimalında daşqınlar nəticəsində azı 7 nəfər həlak olub, 27 nəfər isə itkin düşüb.

Gununsesi.info Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, daşqınlardan ən çox Yenbay əyaləti zərər çəkib. Burada təbii fəlakət iki nəfərin həyatına son qoyub. Hökumət regionda itkin düşən 13 nəfərin axtarışına təcili xidmət orqanlarının 900 əməkdaşını cəlb edib.

Daşqınlar, həmçinin Şonla və Laytyau əyalətlərinə də xeyli zərər vurub.

Xilasetmə işlərinin aparıldığı ərazidə hökumət nümayəndə heyətinə başçılıq edən baş nazirinin müavini Çin Din Zunq təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə əməliyyata rəhbərliyi öz üzərinə götürüb.

Gununsesi.info