Data jurnalsitikası ilə bağlı treninq keçirilib

  • By admin
  • 14 Fevral 2017 14:36

treninq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Data (məlumat) jurnalistikasına dair təlim keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Avropa Birliyinin maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən təlimi Data (məlumat) jurnalistikası üzrə xarici mütəxəssis Alaksiey Lyavonçik, yerli mütəxəssis Emin Hüseynzadə və İİTKM nümayəndələri aparıb. Təlimdə iştirak edən jurnalistlərə Azexport.az layihəsi ilə bağlı  Data məlumatlar təqdim olunub. Jurnalsitlərlə mütəxəssislərin müzakirələri təqdim olunan bu bazanın üzərindən aparılıb.

Təlimin məqsədi davamlı olaraq, Data məlumat (rəqəmlər) təqdim edən jurnalistlərin işinin səmərəliliyi artırmaqdır.

Mütəxəssis Elnur Salayev infoqramma barədə jurnalistlərə məlumat verib

Sonda müxtəlif TV və media qurumlarından təlimdə iştirak edən 20-ə yaxın jurnalistə sertifikatlar təqdim olundu.

Qeyd edək ki, təlimdə iştirak edən jurnalistlərə Linking Media tərəfindən davamlı olaraq onlayn məsləhətlər veriləcək.

Gülnaz Qənbərli

Gununsesi.info