Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə qalacaq.
Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ali Məhkəmə Şurasının mətbuat katibi Lilit Şaboyan açıqlayıb.
Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Tonoyanın vəkilinin vəsatətini təmin etməyib.
Qeyd edək ki, 2021-ci ilin sentyabrın 30-dan həbsdə olan David Tonoyan silahlı qüvvələrin ehtiyacları üçün sursat alarkən təxminən 4,5 milyon dolları mənimsəməkdə ittiham olunur.
Tonoyan 2018-ci ildən etibarən Müdafiə Nazirliyinin rəhbəri olub və 2020-ci ilin noyabrında vəzifəsindən uzaqlaşdırılıb.
Gununsesi.info