“David Tonoyan qızının toyuna hazırlaşır” –  VİDEO

  • By admin
  • 18 Yanvar 2021 19:33

Ermənistanda yüzlərlə valideyninin Qarabağda itkin düşən övladları barədə xəbər gözlədiyi, minlərlə insanın isə ölənlər üçün gözyaşı tökdüyü bir vaxtda Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan qızı Emilyaya təmtəraqlı toy etmək fikrinə düşüb.

Bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında paylaşım edilib.
“Ermənistan ağladığı vaxtda, David Tonoyan geyinib-keçinib və qızının toyuna hazırlaşır”
Tonoyanın qızının nişanı isə Ermənistanda müharibə ilə bağlı kəskin etirazların yaşandığı dövrə – 21 dekabra təsadüf edib. Bundan əlavə D.Tonoyanın bacısı qızlarından birinin dəbdəbəli nişan və toy mərasimi noyabrda, digərininki isə yenə dekabr ayında keçirilib.
Niyə də yox? Çox qısa zamanda uğursuz Ermənistan ordusunun keçmiş müdafiə naziri artıq ordunun moderləşdirilməsi və təchizatı, həmçinin qida təminatı ilə bağlı məsələlərdən özünə kifayət qədər sərvət toplaya bilib və istədiyi hər şeyi edə bilər. Kənardan elə təəssürat yaranır ki, müharibədə məğlubiyyətdən şoka düşən Ermənistan ictimaiyyəti özünün rüsvayçılığının əsas təşəbbüskarlarından biri olan bu şəxs barədə sadəcə unudub.
“Caliber” David Tonoyanın “karyera”sına da nəzər salıb və bir sıra maraqlı faktları sadalayıb. Videoda həmçinin David Tonoyanın demək olar ki, ordunun təchizatı və təminatı ilə bağlı bütün məsələləri öz yaxınlarının şirkətlərinə həvalə etdiyi və öz şəxsi sərvətini də bu yolla artırdığı vurğulanır.
Gununsesi.info