Davos İqtisadi Forumu təxirə salınıb

  • By admin
  • 20 Dekabr 2021 16:33

İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun rəsmi saytı məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, buna səbəb koronavirusun Avropada sürətlə yayılan “Omikron” ştamıdır.

Məlumata görə, tədbirin təxirə salınması ilə əlaqədar iştirakçılara bilgi verilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun yanvarın 17-21-də keçirilməsi planlaşdırılırdı.

Gununsesi.info