Davudoğlunun yeni partiyasının loqosu bəlli oldu

  • By admin
  • 03 Dekabr 2019 22:20
Türkiyənin sabiq Baş Naziri Əhməd Davudoğlunun dekabrın 6-da quracağı yeni partiyasının loqosu bəlli olub.
Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, partiyanın yeni loqosu günəş olacaq. Ad üzərində isə hələlik 2-3 alternativ variant düşünülür.
Qeyd edək ki, Davudoğlunun partiyasında keçmiş AKP-li millət vəkilləri – Səlcuk Özdağ, Ayxan Səfər Üstün, Feramuz Üstün, Abdullah Başçı, keçmiş nəqliyyat naziri Feridun Bilgin kimi siyasətçilər yer alacaq.
Gununsesi.org