Türkiyənin iki məşhur müğənnisi Sıla ilə Davud Güloğlu arasında baş verən məhkəmə çəkişməsi başa çatıb.
Gununsesi.info-nun muztv-yə istinadən verdiyi məlumata görə, İstanbul 2-ci Cəza Məhkəməsində baş tutan iclasda hakimin qərarı açıqlanıb.
Güloğluna Sılanı mətbuat vasitəsiylə təhqir etdiyi üçün 14 ay həbs cəzası verilib.
Bundan başqa, müğənni 8 min 500 TL (təxminən 4000 AZN) dəyərində cərimələnib.
Xatırladaq ki, Davud “Demokratiya və Şəhidlər” mitinqində qatılmayan Sılanı təhqir etmişdi. O, Sılanın “Çevirilişə qarşıyam, amma o şouya qatılmayacam” fikrinə TV-də söyüşlə cavab vermişdi.
Gununsesi.info