Daxili işlər naziri etirazçılarla görüşdü - GÜRCÜSTANDA VƏZİYYƏT GƏRGİNLƏŞİR

  • By admin
  • 14 May 2018 01:28

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya etiraz aksiyasının təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının üzvləri ilə görüşdən sonra onların qarşısında üzr istəyib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, G.Qaxariya həmçinin aksiya iştirakçılarına müraciət edərək onları təhqir etdikləri polis əməkdaşlarından üzr istəməyə çağırıb.

“Mən yalnız öz adımdan üzr istəmirəm. Əgər DİN-nin hər hansı bir nümyəndəsi siz və sizin təhlükəsizliyinizə risk yaradıbsa, onların yerinə də üzr istəyirəm”, – deyə nazir bildirib.

 

***

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya və etiraz aksiyasının təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının üzvləri arasında keçirilmiş görüş başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, görüşdən sonra hərəkatın lideri Beka Tsikarişvili aksiya iştirakçılarına müraciət edərək onları sakit olmağa çağırıb. O bildirib ki, görüşün vacib nəticələri olacaq.

 

G.Qaxariya və etirazçılar arasında baş tutmuş görüşdə parlament sədri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze də iştirak edib.

 

***

 

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya Tbilisinin mərkəzində aksiyaların davam etdiyi Rustaveli prospektinə gəlib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, nazir cümə günü gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiyanın təşkilatçıları olan “Ağ səs-küy” hərəkatının üzvləri ilə görüş keçirir.

 

Görüş Gürcüstan parlamentinin binasında keçirilir.

 

***