Daxili işlər naziri Sumqayıtda vətəndaşları dinləyəcək

  • By admin
  • 08 Noyabr 2016 17:32

ramil

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 26-da saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, qəbulda Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Gununsesi.info