Daxili İşlər Nazirliyi döyülən qadınla bağlı hərəkətə keçdi – FOTO

  • By admin
  • 22 Mart 2021 19:01

Sosial şəbəkələrdə qadın əri tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılıb.

Bildirilib ki, qadın illərdir əri tərəfindən işgəncə görüb.

İddia olunub ki, kişi tüfəng ilə qadını və iki uşaqnı öldürməklə hədələyir, daha əvvəllər uşaqları da ağır şəkildə döyüb.

Daxili İşlər Nazirliyindən  bildirilib ki, sosial şəbəkələrdə yayılan məsələ DİN-in nəzarətinə götürülüb:

“Müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Gununsesi.info