Daxili İşlər Nazirliyində dəyişiklik oldu - Vilayət Eyvazov sərəncam imzaladı

  • By admin
  • 29 İyul 2019 12:38

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Vüsal Rüstəmov Balakən rayon Polis Şöbəsinin rəis müavini təyin olunub.

O, bundan əvvəl Binəqədi rayon Polis İdarəsində rəis köməkçisi işləyib.

İlhamə Əbülfət